İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad iyunun 19-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, telefon söhbəti zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.