Rusiya prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan üçtərəfli görüşün keçiriləcəyi Kazandakı Kreml sarayına gəlib. ATƏT-in Minsk qrupunun həmsdərləri öncədən görüşün keçiriləcəyi sarayın qarşısında idilər. Prezidentlərin görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayıb. "RİA Novosti" agentliyinin məlumatına görə, nümayəndə heyətləri masa arxasına əyləşdiyi zaman D.Medvedev bunları deyib: "Nəticəni əldə etmək üçün bir-birimizə yaxın olmalıyıq".