Təhsil Nazirliyi orta məktəblərin 11-ci sinifləri üzrə buraxılış imtahanlarının cavablarını açıqlayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanların cavabları açıqlandığı gündən - iyunun 24-dən etibarən bir həftə ərzində apellyasiya komissiyası fəaliyyət göstərəcək. İmtahanların nəticlərindən narazı qalan məzunlər bu müddət ərzində apellyasiya şikayəti verə bilərlər. Buraxılış imtahanlarının cavabları Təhsil Nazirliyinin saytında - burada http://exam.edu.gov.az/? yerləşdirilib.