Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini ilə görüzüb
İyunun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollenderi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölkələr arasında hərbi əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayan Azərbaycanın müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistanın yaratdığı problemləri qonağın diqqətinə çatdırıb.
Xanım Vollander də öz növbəsində ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə iştirak edən ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ölkəsinin Azərbaycan Respublikasına təyin etdiyi yeni hərbi attaşesi - polkovnik Daniel Qrillonu nazir Səfər Əbiyevə təqdim edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08