İctimai Paıatanın mitinqi başladı. Etirazçılarla polis arasında toqquşma olub. Nərimanov metrosunun qarşısında gərginlik yaranıb. Təxminən 100-ə qədər aksiyaçı Təbriz küçəsi tərəfdən metro istiqamətinə hərəkət edib. Polis onların qarşısını kəsərək metroya tərəf sıxışdırpıb. Hazırda orada gərgin vəziyyət davam edir. Polislər Nərimanov metrostansiyasının yanında 3 qadın, bir kişini tutublar. Onlar polis maşınıarına əyləşdirilərək naməlum istiqamətə aparılıblar.