?Bank of Baku? səhiyyə izçiləri üçün yeni aksiyaya keçirir
Azərbaycanın ?Bank of Baku? ASC bu gündən etibarən səhiyyə sahəsində çalışan bütün əməkdaşlar üçün yeni aksiyaya başlayıb. Bankın baş ofisindən verilən məlumata görə, 17 iyun - səhiyyə işçilərinin peşə bayramı ilə əlaqədar bank bütün tibb işçilərinə istehlak və pul kreditlərində 2% endirim elan edib.
Bankdan bildirib ki, səhiyyə sahəsində çalışan hər kəs bankın ?Tibb işçiləri üçün layihə?si çərçivəsində endirimlərdən faydalana bilər.
Qeyd edək ki, iyul ayının 17-dək davam edəcək kampaniya çərçivəsində tibb işçiləri 5 min manata qədər pul krediti ala bilər. Eyni zamanda, kreditin maksimal məbləği müştərinin bankda olan kredit tarixçəsindən və vəzifəsindən asılı olaraq ekspertin təhlili əsasında müəyyən olunacaq.
Xatırladaq ki, ?Bank of Baku? ASC 1994-cü ilin fevral ayında ?Tuqay Bank? adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin ?NAB Dış Ticarət? şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19