Gənclərə faizsiz ipoteka veriləcək
Azərbaycanda gənclərə faizsiz ipoteka veriləcək. Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazirin sözlərinə görə, sosial ipoteka məsələsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında öz əksini tapıb.
"Biz istərdik ki, gənclərin mənzillə təmin olunması üçün 0 faizli ipoteka kreditləri verilsin və bunun üçün vəsait ayrılsın",
- nazir vurğulayıb. A.Rəhimovun sözlərinə görə, 88 fəsildən, 144 bənddən ibarət proqram hazırdı r və son baxış üçün bütün nazirliklərə paylanılıb.
İyunun 6-da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiqlənəcəyi gözlənilir. Bu Dövlət Proqramı Azərbaycan Prezidentinin sərəncamına əsasən hazırlanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19