Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada iyunun 11-də keçirilmiş görüşündə üç saata yaxın müzakirələr aparılıb. Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib. Nazir Moskva danışıqlarında irəliləyiş əldə olunduğunu deyib: ?Amma bəzi məqamlar hələ də açıq qalır. Biz prezidentlərə görüşün nəticələri barədə məruzə edəcəyik. Dövlət başçıları Kazanda danışıqları davam etdirəcəklər?.