Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü ərəfəsində ATƏT-in Minsk Qrupunun həmsdərləri regiona gələcəklər. Bernar Fasye, Robert Bradke və İqor Popovun iyunun ortalarında bölgəyə səfəri nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü iyunun 25-də Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək. ABŞ, Fransa və Rusiya dövlət başçıları bir neçə gün öncə Dovil şəhərində verdikləri birgə bəyanatda münaqişə tərəflərini sülh prinsiplərini tezliklə razılaşdırmağa çağırıblar.