Nazirlər Kabinetindən sürücülərə xoz xəbər
Nazirlər Kabinetinin ?Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə?də dəyişiklik edib.
MIA Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, Əsasnaməyə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
- Nəqliyyat vasitəsini idarəetmə hüququ 1 ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
- Nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08