Bu gün səhər Tərtərin Çaylı kəndi ərazisindəki hərbi hissələrdən birində əsgərlərimiz bir-birinə güllə atıb. Aldığımız məlumata görə, postda dayanarkən əsgər Alxan Ağarəhimovla 2 əsgər arasında mübahisə olub. Mübahisə Beyləqandan olan 2 əsgərin A.Ağarəhimovu döymələri ilə nəticələnib. Onu döyənlərin əlindən çıxan A.Ağarəhimov avtomata əl atıb. Qarşı tərəf də silahdan istifadə edib. Atışma zamanı əsgərlər ağır yaralanıb. Onlardan 2-nin dünyasını dəyişdiyi bildirilir. Əsgərlərin bir qədər əvvəl Naftalandakı ?N? saylı hərbi hissədən Tərtərdəki hərbi hissəyə aparıldıqları deyilir. Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə zəng vurduq. Lakin zənglərimiz cavabsız qaldı. musavat.com