Səhiyyə Nazirliyinin ?qaynar xətt? xidmətinə (565-12-64) 23.02.2011-ci il tarixindən 01.06.2011-ci il tarixinədək 3 779 müraciət daxil olub. Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, daxil olmuş müraciətlərin 1718-i şikayət, 1139-u ? sorğu xarakterli müraciətlərdir, 205-i aidiyyəti üzrə deyil, 717-si isə cari problemlərə bağlı olub. Məlumatda qeyd olunub ki, ?qaynar xətt? xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.