Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 7-də saat 21:30-dan 21:45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 8-də saat 00.10-dan 00.30-dək və 00.20-dən 00.40-dək Ağdam rayonunun Qaraqaşlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.