islam Partiyası bəyanat verdi
Azərbaycan İslam Partiyası Şərqi Qüdsün işğalının (1967-ci il, 7 iyun) 44-cü ildönümü günü bəyanat yayıb. MIA-ya daxil olan bəyanatda deyilir: ?Qırx dörd il bundan öncə, iyun ayının 7-də dünyada işğalçılığın ən qəddar, əbədi düşmənçilik yaradan bir forması ? etnik təmizləmə baş verdi. Müsəlman Fələstin xalqı əzəli və əbədi torpaqlarından ? Şərqi Qüdsdən qovulmağa başladı.
Fələstin ərazisində yeni yaradılmış qondarma İsrail rejimi qəsb etdiyi torpaqları genişləndirmək, bu müqəddəs məkanı gələcəkdə dünyaya, sülhsevər bəşəriyyətə, məzlum müsəlmanlara qarşı şeytan yuvasına çevirmək üçün yerli dinc əhalini yerindən-yuvasından didərgin salmağa, fiziki cəhətdən məhv etməyə başladı.
Sionizmin işğalçılıq fəaliyyəti tarixi, dünyada səlib yürüşü ilə eyni vaxta təsadüf edən bu gün, insane faciəsininvə zülmün bünövrəsinin qoyulduğu gün kimi qiymətləndirilməlidir.
Rəhmsizlik və ədalətsizlik dövlətlərin süqutu və cəmiyyətlərin məhvi nəticəsini verəcəyinin fərqinə varmayan rejim, işğalçılıq fəaliyyəti ilə pisənən əni yerkürəsinin ayrı-ayrı qütblərinə yaymaqda davam edir.
Məhzölkəmizin 20 faiztorpaqlarının işğal olunması müqəddəs Qüdsün qəsb edilməsinin davamı kimi səciyyələnir.
AİP dünyada işğalçılığın, ədalətsizliyin aradan qaldırılması, cəmiyyətlərdə bərabərliyin, dövlətlərdə sülhün və inkişafın bərqərar olunması üçün bütün bəşəriyyəti insanlığın qəniminə çevrilmişlərlə və bu bəlanı yayanlara qarşı birgə mübarizəyə, savaşa çağırır. Hesab edirik ki, bu gün məzlum fələstinlilərin haqqı bərpa olunmasa, dəhşətli aqibət hərbir xalqı gözləyəbilər?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51