ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. Qurumun mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edən səfir səmimi və faydalı əməkdaşlığa görə MSK sədrinə təşəkkür edib və ATƏT-lə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası arasında sıx əməkdaşlığın mövcudluğundan məmnunluğunu bildirib. O, bu əlaqələrin Azərbaycanda demokratik təsisatların daha da inkişaf etdirilməsində əhəmiyyətli olduğunu vurğulayıb. M. Pənahov Komissiya ilə ATƏT-in arasında yaranmış səmimi və uğurlu əməkdaşlığı xatırladaraq bundan sonra da əlaqələrin yüksək səviyyədə davam etdirləcəyindən əmin olduğunu qeyd edib. O, səfirə fəaliyyəti dövründəki konstruktiv əməkdaşlığa görə minnətdarlığını bildirib.