?ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni təkliflərlə gəlməyiblər. Bu səfərdə əvvəlki təkliflər əsasında müzakirələr aparılır?. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir həmsədrlərin bu gün Bərdədən Dağlıq Qarabağ ərazisinə yola düşəcəklərini, oradan isə İrəvana gedəcəklərini açıqlayıb: ?İrəvanda müzakirələr davam etdiriləcək, şənbə günü Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlər olacaq?.