Ermənistan tərəfi imzalanacaq sənədləri vaxtında hazırlaya bilmədiyinə görə, İran prezidenti Mahmud Əhmədinejadın Yerevana səfəri təxirə salınıb. Bu barədə Prezident Administriyasının nümayəndəsi Məhəmməd Həsən Salehi Maram açıqlama verib. O qeyd edib ki, qarşı tərəf görüş zamanı imzalanacaq sənədləri hazırlaya bilməyib. ?Ermənistan imzalanma üçün lazım olan sənədləri hazırladıqdan sonra İran prezidenti bu ölkəyə gedəcək?-deyə o vurğulayıb.