Təhsil Nazirliyində xüsusi əməliyyat keçirilib
Təhsil Nazirliyində xüsusi əməliyyat keçirilib. Məlumata görə, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən birgə aparılıb. Əməliyyat zamanı bir neçə nəfərdən cinayət işi üzrə ifadə alınıb. Bundan başqa, nazirliyin bir neçə əməkdaşı saxlanılıb. Onlardan biri nazirliyin İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovdur.
Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS-ə faktı təsdiqləyərək təfərüatlarla bağlı daha geniş məlumat veriləcəyini deyib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə əməliyyatın Təhsil Nazirliyinin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08