Cəbhədə vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 3-də saat 12.10-dan 12.30-dək və 16.00-dan 16.25-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 14.30-dan 14.35-dək Ermənistanın İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində, saat 17.40-dan 17.55-dək və 23.25-dən 23.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, saat 20.00-dan 20.10-dək və iyunun 4-də saat 02.40-dan 02.50-dək Ağdam rayonunun Şirvanlı və Cəvahirli kəndləri, saat 01.30-dan 01.40-dək, 01.56-dan 02.00-dək və 01.55-dən 02.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri, saat 01.30-dan 01.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 02.00-dan 02.40-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.