İyunun 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səfər Əbiyev yeni təyinatına görə səfiri təbrik edib. Görüşdə Ukrayna ilə Azərbaycan arasında hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.