Məhərrəm Əliyevin MTN-ə müavin təyin olunması xəbəri yayıldı
Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, general Məhərrəm Əliyevin yeni vəzifəyə təyin olunması barədə xəbər yayılıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir ki, M.Əliyev iyunun 1-dən Milli Təhlükəsizlik nazirinin müavini təyin olunub.
Hazırda M.Əliyevin yeni təyinatının ictimaiyyətdən gizlədilməsi barədə qərarın olduğu da yayılan xəbərlər arasındadır. Bu təyinatın gizlədilməsinin səbəbləri isə məlum deyil.
MİA-ya daxil olan məlumata görə, M.Əliyev dünən və bu gün MTN-də olub.
Qeyd edək ki, Məhərrəm Əliyev ötən həftə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Məlumatın doğru olub-olmadığını MTN-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə dəqiqləşdirə bilmədik.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08