Müdafiə Nazirliyinin mətbuat xidməti qoşunların cəbhə xəttində şəhid olan əsgərlə bağlı məlumat yayıb. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-də saat 18.05-dən 18.15-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15.45-dən 16.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Mayın 20-də saat 20.00-da Ağdam rayonunun Şıxlar kəndi yaxınlığındakı düşmən mövqeyindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun kişik çavuşu Məmmədov Rəhman Eldar oğlu şəhid olub.