Azərbaycan ordusu daha bir şəhid verib. Bu gün saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Şıxlar kəndindən Azərbaycan ordusunun mövqelərini snayper atəşinə tutub. Cəbhə xəttində yerləşən Orta Qərvənd kəndinin sakinlərinin ANS-in müxbirinə verdiyi məlumata görə, mövqelərimizə doğru iki dəfə snayper atəşi açılıb. Nəticədə Azərbaycan ordusunun hərbi qulluqçusu Rəhman Məmmədov boğazından aldığı güllə yarasından şəhid olub.