Azərbaycanın Nazirlər Kabineti ?Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" bəzi qərarlarında dəyişikliklər edib. Nazirlər Kabinetindən verilən məlumata görə, Bakı şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi Dövlət Sosial Təminat Xidməti ilə, Baş Məşğulluq İdarəsi Dövlət Məşğulluq Xidməti ilə, Dövlət Əmək Müfəttişliyi Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əvəz olunub. Bu qərar imzalandığı gündən qüvvəyə minir.