Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyəti, media sahəsində Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.