Kəmaləddin Heydərov çimərlik mövsümü ilə əlaqədar əhaliyə çağırız etdi
Azərbaycan fövqəladə hallar naziri çimərlik mövsümünün başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Bu gün jurnalistlərə açıqlamasında nazir Kəmaləddin Heydərov əhalini dənizin qadağan olunan yerlərində çimməməyə çağırıb.
Kəmaləddin Heydərov bildirib ki, 2005-ci ildən etibarən nazirlik tərəfindən fəaliyyətinə icazə verilmiş çimərliklərdə boğulma halı 95 faiz azalıb. Onun sözlərinə görə, boğulma halları əsasən ?çimmək qadağandır? nişanı olan yerlərdə qeydə alınır.
?Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidməti fəaliyyət göstərən yerlərdə boğulma halları demək olar ki, müşahidə olunmur?, - nazir vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08