Prezident İlham Əliyev Gədəbəy Rayon Məhkəməsinin hakimi Hüseyn Tariyel oğlu Hüseynovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə ?Məhkəmələr və hakimlər haqqında? Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq sərəncam imzlayıb. Sərəncamna göstərilir ki, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Gədəbəy Rayon Məhkəməsinin hakimi Hüseyn Tariyel oğlu Hüseynovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.