Bu gün Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Prezident Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstələri qoyub. Dövlət başçısını hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər müşayiət edib. Qeyd edək ki, bu gün Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür. Bu münasibətlə Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, müxtəlif ölkələrin təmsilçiləri, eləcə də sadə vətəndaşlar Fəxri xiyabana gələrək H. Əliyevin məzarını ziyarət edirlər.