Təhsil Nazirliyinin qarşısında aksiya keçirilib. Saat 11.00 radələrindən Nazirliyin qarşısına gələn 100-ə yaxın gənc ?Hicaba azadlıq!?, ?Allahu Əkbər!? şüarları səsləndiriblər. Şüar səsləndirənlərdən bir neçəsini polis saxlayıb. Səhər saatlarından Nazirliyin ətrafında polis qüvvəsi gücləndirilib. Aksiya başlayandan sonra əraziyə əlavə polis qüvvəsi cəlb olunub.