Xarici ölkələrdə qiymət artımı Azərbaycana idxal olunan malların qiymətinə təsir edir. Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Ümumi göstəricilərə gəldikdə isə DGK sədri qeyd edib ki, neftin qiymətinin qalxması ilə bağlı ixracın da həcmi artır. A.Əliyev idxaldan da danışıb. Onun sözlərinə görə, qiymətdən başqa idxal olunan məhsullarda da bu özünü göstərir. ?Bildiyiniz kimi taxıl da vergilərdən azaddır və müəyyən problemlər Azərbaycanda olmasa da, dünya taxıl bazarlarında müşahidə olunurdu. Ona görə də Azərbaycanda bu sahədə təhlükəsizliyi təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi böyük həcmdə ehtiyat üçün taxıl alırdı?, -deyə Dövlət Gömrük Komitəsinin sədri bildirib.