Saxta tələbə bileti satan qadın tutuldu
Bakı polisi saxta tələbə bileti satan qadını saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Sənəm Mehdiyevanın 2008-ci il avqustun 2-də şəhər sakinləri Vüsal Rəhimovdan 9500 manat və 2009-cu il iyulun 28-də Asif Dəmirovdan 15 000 manat alaraq onlara saxta tələbə biletləri verməsini müəyyən edib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08