Bu gün AXCP, Müsavat, ADP Gənclər Təşkilatlarının, ?Azad Gənclik? və ?Nida? təşkilatından olan bir qrupp gənc ADNA-dakı terror qurbanlarının ad edilməsi ilə əlaqədar aksiya keçiriblər. Gənclər 28 May metrostansiyasınının qarşısından ADNA-nın faciə baş verən ikinci korpusunadək yürüş ediblər. Aksiya iştirakçıları daha sonra ADNA-nın ikinci korpusunun qarşısına gül düzüb, şamlar yandırıblar. Qeyd edək ki, aksiya zamanı gənclərə problem yaradılıb. Belə ki, Cəfər Cabbarlı heykəlinin qarşısında gənclərə birgə hərəkət etməyə imkan verilməyib. Nəsimi Rayon Polis İdarəsi rəsinin müavini Süleyman Nemətov jurnalistlərə açıqlamasında bildirb ki, terror qurbanlarını anmaq istəyənlər bir-bir gedib gül qoyub gəlsinlər, topa halda getmək olmaz. Amma buna baxmayaraq, ciddi insident olmayıb.