Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Qobustan, Biləsuvar və Astara rayonlarına yeni icra başçıları təyin olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə Adil Məcnun oğlu Məmmədov Qobustan rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezidentin digər sərəncamı ilə Adil Məmmədov Biləsuvar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev həmçinin Mahir Hacı oğlu Quliyevin Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Digər sərəncamla Mahir Quliyev Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev Taleh Azay oğlu Qaraşovun Astara rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyevin növbəti sərəncamı ilə Taleh Azay oğlu Qaraşov Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezidentin daha bir sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Azərbaycan Prezidentinin digər sərəncamı ilə Vəli Nəcəfqulu oğlu Quliyev Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib Həmçinin Ramiz Şamil oğlu Həsənov isə Zəngilan rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.