Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində dəm qazından zəhərlənmə faktı baş verib. Daxili İşlər Nazirliyinin internet səhifəsində verilən xəbərə görə, Sahil qəsəbə sakinləri Təranə Məcidova, oğlu Rəmzi və qızı Rəvanə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onların orta-ağır vəziyyətdə olduğu bildirilib.