Azərbaycan prezidenti İlham Əliyev Avronest Assambleyasının prezidenti, Avropa Parlamentinin üzvü Kristian Vigenini qəbul edib. Kristian Vigenin ölkəmizə səfərinin əsas məqsədinin Avropa İttifaqının ?Şərq tərəfdaşlığı? proqramı çərçivəsində yaradılan Parlament Assambleyası, həmçinin Avropa İttifaqı, Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələlərinin müzakirə edilməsindən ibarət olduğunu bildirib. O, dövlət başçıları səviyyəsində bu əlaqələrə maraq göstərilməsinin önəmini vurğulayıb. Bu təşəbbüsün və proqramın ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev Kristian Vigeninin səfərinin bu sahədə gələcək əməkdaşlığımız üçün faydalı olacağına əminliyini bildirib.