?Azərbaycan Müdafiə Nazirliyi ABŞ-dan ?Regional cavab - 2011? birgə hərbi təlimlərinin vaxtını dəyişdirməyi xahiş edib?. Bunu Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayza bildirib. O, iki ölkə arasında hərbi əməkdaşlıqdan razı olduğunu dilə gətirib. ?Mən başa düşdüyüm qədər Müdafiə Nazirliyi bizdən təlimlərin vaxtını dəyişdirməyi xahiş edib. Bu elə böyük iş deyil. Mən ümid edirəm ki, bu, mümkün olacaq. Bizim hörmətli nazir Əbiyev və onun rəhbərlik etdiyi qurumla əməkdaşlığımız çox yaxşıdır və mən çox razıyam?, - deyə amerikalı səfir qeyd edib.