Usama bin Laden öldürülüb
ABŞ prezidenti Barak Obama elan edib ki, Al-Qaeda lideri Osama bin Laden öldürülüb. Obama deyib ki, Bin Laden Pakistanda ABŞ-ın keçirdiyi əməliyyatda öldürülüb və terrorçunun cəsədi ABŞ-dadır. O, bildirib ki, Amerika qüvvələri itki verməyib və mülki şəxslərdən də zərərçəkən olmayıb.
?Bin-Ladenin ölümü Al-Qaedanı məğlub etmək yönündə ölkəmizin ən mühüm uğurudur. Amma onun ölümü hələ də bizim səylərimizin sonu deyil. Ancaq şübhə yoxdur ki, Əl-Qaidə bizə hücumlarını davam etdirəcək. Biz ölkə daxilində və xaricində ayıq-sayıq olmalıyıq və olacağıq?.
Obama əlavə edib ki, Birləşmiş Ştatlar İslamla müharibə aparmır və Bin Laden müsəlman lideri, kütləvi qırğın törədən cinayətkardır. Bin Laden tarixdə bir neçə ölümcül hərbi hücumun, həmçinin 2001-ci il 11 sentyabr terrorunun təşkilatçısı sayılır.
Keçmiş prezident Corc Bush terror təşkilatının rəhbərinin öldürülməsinin terrorla mübarizədə ciddi bir uğur olduğunu açıqlayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50