Azərbaycan, Rusiya və Ermənistanın XiN rəhbərlərinin görüzü olacaq
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın növbəti görüşünün keçiriləcəyi yer və vaxtı açıqlanıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş sabah Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
E.Məmmədyarov bu məqsədlə sabah səhər Rusiyaya yola düşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda jurnalistlərə verdiyi açıqlamasında xarici işlər nazirlərinin aprelin sonlarında, Azərbaycan və Ermənistan prezidentlərinin isə yay aylarında görüşəcəklərini bildirmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50