Vüqar Bəyturan BBP bazqanı Yalçın Topçu ilə görüzüb
23-24 aprel tarixlərində Türkiyənin İzmir şəhərində Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayına dəvət olunan MQP başqanı Vüqar Bəyturan sözügedən tədbirdə iştirak edib. Tədbirdən öncə Mustafa Kamal Atatürkün, Məmməd Əmin Rəsulzadənin, Alparslan Türkeşin və Muhsin Yazıcıoğlunun məzarlarını ziyarət edən MQP başqanı Böyük Birlik Partiyasının başqanı Yalçın Topçu ilə görüşüb.
Görüşdə ölkələrarası dostluq və qardaşlıq münasibətləri, BBP- MQP münasibətləri, Qarabağ və Güney Azərbaycan sorunları barədə fikir mübadiləsi aparılıb.
MQP başqanı Vüqar Bəyturanın Türkiyə səfərində proqram üzrə nəzərdə tutulan görüşləri davam edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50