Suriyanın Homs şəhərində keçirilən kütləvi etiraz aksiyasının dağıdılması nəticəsində 30-dan çox adam ölüb və yaralanıb. Suriya təhlükəsizlik qüvvələri ölkənin mərkəzində yerləşən Homs şəhərində keçirilən kütləvi etiraz aksiyasını dağıdıblar. ?Əl-Cəzirə?nin verdiyi məlumata görə, hökumət qüvvələrinin odlu silahdan istifadə etməsi nəticəsində xeyli ölən və yaralanan var. Təsdiq olunmamış xəbərlərə əsasən 30-dan çox nümayişçi ölüb və yaralanıb. Şəhər ordu hissələri tərəfindən mühasirəyə alınıb, telefon əlaqəsi kəsilib, bəzi binaların damında mövqe tutmuş snayperlər insanlara atəş açır. Şəhərin bəzi rayonlarında xalq özünüidarəetmə komitələri nəzarəti ələ alıb. Ölkənin digər şəhərlərində olduğu kimi, Homs şəhərində də nümayişçilər ölkədə demokratik islahatlar keçirilməsini tələb ediblər.