Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında İctimai Palatanın Mitinq Komitəsinin iclası keçirilib. Bu barədə MIA-ya KXCP mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, iclasda 17 aprel mitinqinə hazırlığı müzakirə edən Mitinq Komitəsi ?Nərimanov? kinoteatrının qarşısındakı meydanın verilməsi ilə əlaqədar edilmiş müraciətə Bakı Şəhər İcra Hakimiyyətinin mənfi cavab verəcəyi halda, İctimai Palatanın təyin etdiyi mitinqin ?Sahil? bağında saat 16.00-dan-18.00-dək dinc formada keçiriləcəyi qeyd edilib.