Hüsnü Mübarəkin oğlanları həbs olundu
Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin iki oğlu həbs olunub. Bu barədə Misir dövlət televiziyası məlumat verib. Məlumata əsasən, Mübarəkin oğlanlarının saxlanması onun hakimiyyəti dövründə korrupsiya ilə bağlı araşdırmaya görədir. Onlar azı 15 sutka istintaq altında saxlanacaq.
Əli və Camal Mübarək dövlət prokurorunun hakimiyyətdən sui-istifadə etmə və israfçılıq ittihamı ilə üzləşiblər. Bundan bir az əvvəl isə - aprelin 12-də Hüsnü Mübarəkin xəstəxanaya yerləşdiyi bildirilir. Onun ürəyində problemlər var. 82 yaşlı Mübarək etirazlar zamanı nümayişçilərin qətlində və korrupsiyada ittiham olunur.
Bir müddət əvvəl Misirdə qalxan xalq etirazları zamanı Mübarək istefa verməyə məcbur olmuşdu.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50