Hüsnü Mübarəki asa bilərlər
Misirin keçmiş prezidenti Hüsnü Mübarəkə qarşı irəli sürülmüş ittihamlar sübut olunarsa, o, ölümə məhkum edilə bilər. Misirin ?Əl Əhram? qəzeti Qahirə Apellyasiya Məhkəməsinin sədri Zəkəriyyə Şalaşaya istinadən məlumat yayıb.
Z.Şalaşa bildirib ki, qəsdən adamöldürmə ittihamı təsdiqlənərsə, Mübarək edam edilə bilər. Hakim deyib ki, maliyyə pozuntuları ilə bağlı ittiham əsasında sabiq prezident ən yaxşı halda 3 il azadlıqdan məhrum ediləcək. O, istintaqın azı 1 il sürəcəyini söyləyib.
Qeyd edək ki, H. Mübarək oğulları Əli və Camalla birlikdə aprelin 19-da Qahirə məhkəməsinə ifadə verəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50