İctimai Palatanın bugünkü sessiyasında aprelin 16-da keçirilməsi nəzərdə tutulan mitinqin vaxtı dəyişdirilib. İctimai Palata üzvləri qərara alıblar ki, kütləvi etiraz aksiyasının aprelin 17, bazar günü keçirsinlər. İP üzvləri müzakirələrdən sonra belə qərara gəliblər. O vaxta qədər Bakı Şəhər İcra Hakimiyyətinə mitinqə yer ayrılması üçün müraciət ediləcək, BŞİH-dən alınan cavaba uyğun olaraq İP-in Koordinasiya Şurasında qərar qəbul ediləcək. İP üzvləri hesab edirlər ki, hakimiyyət aksiya keçirmək istəyənləri Bibiheybətdəki stadiona göndərmək vərdişindən əl çəkməli, paytaxtın digər yerlərində aksiya keçirməyə şərait yaratmalıdır. musavat.com