?Doktorantura və magistraturadan hərbi xidmətə çağırış elmin inkişafına mane olur?. Bu fikirləri aprelin 8-də Milli Məclisdəki çıxışında Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov deyib. ?Hazırda BDU-da 988 magistr təhsil alır ki, bunun da 687-si qız, 301-i oğlandır. Oğlanların əksəriyyəti hərbi xidmətə çağırılacaq, qızların da çoxu ailə qurandan sonra elmdən kənarlaşır. Belə olan halda bəs elmi kim irəli aparacaq??- deyə rektor sual edib. A. Məhərrəmov deyib ki, elə bu baxımdan da magistratura və doktoranturadan həbi xidmətə çağırılma məsələsinə yenidən baxılmalıdır. Onun bu fikirlərini bir neçə deputat da müdafiə edib.