Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyasın təkbətək görüşü olub. Görüşdə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirilib. Dövlət başçıları ikitərəfli və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar.