Müxalifətin mitinqi baza çatdı(yenilənib)
İctimai Palatanın saat 14-də paytaxtın mərkəzində, Fəvvarələr meydanına təyin etdiyi razılaşdırılmamış etiraz aksiyasının başa çatdığı elan olunub. Bu barədə Fəvvarələr meydanı yaxınlığında jurnalistlərə açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.
Qeyd edək ki, aksiyanın sonunda polis F.Qəhrəmanlını və REAL vətəndaş hərəkatının rəhbəri İlqar Məmmdəovu saxlayıb.
Razılaşdırılmamış aksiyada iştirak etdiyi üçün saxlanılan sabiq millət vəkili Pənah Hüseyn isə sərbəst buraxılıb. P.Hüseyn saxlanılarkən polislərin onunla kobud davrandıqlarını, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin müdaxiləsindən sonra buraxıldığını bildirib.
AXCP-dən verilən məlumata əsasən, təkcə bu partiyadan 32 nəfər saxlanıb.
Mitinq zamanı AMİP gənclərindən Rəhim Hüseynov, Vüqar Məlikov, Sabir Mirzəyev, Elşən Həsənov və adları dəqiqləşdirilməyən daha bir neçə gənc polis tərəfindən saxlanılaraq maşınla naməlum istiqamətə aparılıblar. Saat 14.45-də AMİP Mətbuat və Təbligat katibi Əli Orucov və ?Millət? qəzetinin əməkdaşı Əfsəddin Nəbiyev də polıslər tərəfindən saxlanıraq Nəsimi RPİ aparılmışdır və hal-hazırda da orda saxlanılırlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08