?Nizami? kinoteatrının qarşısında etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları gənclərdir, sayları 100-dən çoxdur. Onlar ?İstefa!? deyə-deyə ?28 may? metrostansiyasına doğru gedirlər. Nəsimi heykəlinin qarşısındakı aksiya dağılıb. Onlarla gənc ?Diktaturaya yox!? şüarı ilə Heydər Əliyev sarayı istiqamətinə doğru gedir. Polis onların hərəkətinə gec reaksiya verdiyi üçün təqib edə bilməyib. ?28 may? stansiyası qarşısında aksiya iştirakçılarını polis maşınlarına mindirərək elə maşındaca döyürlər. ?Fəvvarələr meydanı? yaxınlığında AXCP sədrinin müavini Gözəl Bayramova, partiya fəalları Mübariz Kərimov, Şaiq Abdullayev, İlham Puşan, Ağaverdi Puşan, Şirəli Şirəliyev, Əlizadə Əhmədov, Təhməz Təhməzov, İnqilab Kərimov, İltifat Mehdiyev, Ramiz Kamal döyülərək avtobuslara mindiriliblər və naməlum istiqamətə aparılıblar. AXCP fəalı Ramiz Kamalın qolunu sındırıblar. Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr müavini Vahid Nəzərovun verdiyi məlumata gorə, ALDP sədrinin köməkçisi Şəmsi Hüseynov, ALDP Gənclər təşkilatının (GT) sədr müavini Vurğun Nəzərov və ALDP GT üzvü Vuqar Hüseynov ?Fəvvarələr? meydanına yaxınlaşaraq polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılıblar.