?Malakan? bağının yaxınlığında 50-dək ?İstefa!? çığıran aksiyaçını polislər dəyənəklə döyüb avtobusa doldurublar. Daha sonra qaz buraxıblar. Bir qədər sonra isə onları yenidən döyməyə başlayıblar. Əməkdaşlarımız polislərin əlində travmatik tüfəng olduğunu deyirlər. Saxlananların sayı 50-dən yuxarıdır. Nəsimi heykəli yaxınlığındakı yeni tikilinin şüşələri sındırılıb. Polislər onları axıradək şüşəni sındırmağa qovmayıblar. Müxalıfətçilər isə bunun hakimiyyət tərəfindən təxribat olduğunu bildiriblər. Partiyasının (ALDP) sədr müavini Vahid Nəzərovun verdiyi məlumata gorə, ALDP sədrinin köməkçisi Şəmsi Hüseynov, ALDP Gənclər təşkilatının (GT) sədr müavini Vurğun Nəzərov və ALDP GT üzvü Vuqar Hüseynov ?Fəvvarələr? meydanına yaxınlaşaraq polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılıblar. Hazırda bir qrup aksiya iştirakçısı şüarlar səsləndirə-səsləndirə Füzuli küçəsi ilə ?Azdrama?ya doğru irəliləyir. KXCP təşkilat şöbəsinin müdiri və Nərimanov şöbəsinin sədri olan Xəzər Teyyublu və KXCP Nərimanov şöbəsinin Məclis üzvü Cavid Mehrəliyev polislər tərəfinədn həbs edildi.