Bakı Şəhər İcra Hakimiyyəti İctima Palatanın keçirmək istədiyi kütləvi etiraz aksiyasına 20-ci sahədə yer ayrılması barədə qərar verib. İP-in Koordinasiya Şurasından verilən məlumata görə, 20-ci sahə yaşayış massivi, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib. İP rəhbərliyi hesab edir ki, həmin stadion kütləvi aksiya keçirmək üçün yararlı deyil, üstəlik, nəqliyyat qovşaqlarından kənardadır. İP BŞİH-in qərarını müzakirə edib. Toplantıda qərara alınıb ki, qurum üzvləri sanksiyalaşdırılmamış aksiyaya getsinlər. Aksiya məkanı kimi Fəvvarələr meydanı seçilib. Onu da qeyd edək ki, İctimai Palata aksiya keçirilməsi üçün "Nərimanov" kinoteatrının qarşısındakı meydanı istəmişdi. Bununla belə, qurum münasib olan alternativ meydanalara üz tutmağa da hazır olduğunu bəyan etmişdi.